Xanımlar, bu əşyaları mütləq çantanızda saxlayın!

Xanımlar, bu əşyaları mütləq çantanızda saxlayın! Hər qadının “təcili” vəziyyətlər üçün çantasında saxlamalı olan bir neçə əşya var.
Son dəqiqə planlaşdırılmış bir görüş və ya axşam yeməyinə getmək üçün müxtəlif “texniki” problemlər yaşamamaq üçün qadınlar çantasında mütləq 5 əşya saxlamalıdır.
Kiçik ətirlər
Qoxusunu çox sevdiyiniz və etibar etdiyiniz yaxşı bir ətiri çantanızda mütləq saxlayın. Bu ətirin sizə ağırlıq etməməsi üçün kiçik qablaşdırmasına üstünlük verin.

Təraş aləti
Bəzən haqlı olaraq çox əhəmiyyət verilməsə də, təcili vəziyyətlərdə hər qadının müraciət edə biləcəyi əşyalar arasında təraş aləti də var.

Qırmızı dodaq boyası
Makiyaj məhsullarınızı hər gün yanınızda gəzdirməyə ehtiyac yoxdur. Hər zaman qırmızı dodaq boyanızın yanınızda olması bir çox şeydə işinizə yarayacaq.

Nəmləndirici krem
Dərinizin canlı, parlaq və nəmli görünməsi üçün yanınızda mütləq güvəndiyiniz nəmləndirici krem saxlayın.

Saça qulluq məhsulu
Saçlarınız bir az mat və sönükdürsə, bütün işıltınız kölgədə qala bilər. Bunun üçün saçlarınıza hərəkət qatacaq saça qulluq məhsulunu çantanızda gəzdirin.

Geri qayıt