Kartofla sızanaqlardan qurtulun

Kartofla sızanaqlardan qurtulun Gənc yaşlarda qarşılaşdığımız dəri problemlərindən biri də sızanaqlardır. Onlardan qurtulmaq üçün müxtəlif təbii və kosmetoloji vasitələr var.
Sızanaqlardan azad olmağınıza kömək edəcək çiy kartof maskasını təqdim edirik:
Kartofu soyduqdan sonra halqa formasında doğrayın. Dilimi üzünüzdə dairəvi şəkildə gəzdirin. Kartof dilimi quruyana kimi davam edin. 10-15 dəqiqə bu prosesi təkrarladıqdan sonra 5 dəqiqə gözləyin. Sonda isə ilıq su ilə üzünüzü yuyun. Maskanı həftədə 3-4 dəfə istifadə edə bilərsiniz.

Geri qayıt