Dəri problemlərini kökündən yox edən maska

Dəri problemlərini aradan qaldırmaq üçün məsamələri təmizləmək lazımdır. Gil maskası sızanaqlardan xilas olmaq, dərinin yağ istehsalını tarazlaşdırmaq, qırışların və incə xətlərin əmələ gəlməsini gecikdirmək üçün istifadə olunan ən geniş yayılan üsullardan biridir.

Tərkibi:
2 xörək qaşığı bentonit gil
1 çay qaşığı çörək soda
½ çay qaşığı limon suyu
½ çay qaşığı kokos yağı
1 çay qaşığı bal
2 xörək qaşığı gül suyu

Hazırlanma qaydası: 
Bir qabda gil, soda və limon suyunu qarışdırın. Üzərinə kokos yağı, bal, sonda isə gül suyu əlavə edin. Sürətlə qarışdırmağa diqqət edin, əks halda maska bərkiyə bilər. Maskanı təmiz üz və boyun nahiyəsinə çəkib, 5 dəqiqə gözləyin. Üzünüzü bol ilıq su ilə təmiz yuyun.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png