Üz, saç və dəri üçün 1 vasitə

Tərkibindəki probiyotiklərlə sağlamlığınızı müdafiə edən qatıq həm də bədən, üz, və saç baxımında ən təsirli vasitədir.
Dərinizin parlaq olması üçün bir neçə yemək qaşığı qatığı cildə çəkməyiniz kifayətdir. 15-20 dəqiqə saxladıqdan sonra isti su ilə yaxşıca yuyun və nəmləndiricidən istifadə edin.
Üzünüzə, saçınıza və dərinizə tətbiq edə biləcəyiniz digər maskalar.
Tərkibi:
2 xörək qaşığı qatıq
1-2 çay qaşığı bal
4-5 damcı limon suyu
bir ovuc qaragilə
Krem halına gələnə qədər hamısını birlikdə qarışdırın. Fırça və ya barmağınızla üzünüzə və boynunuza çəkin. 15-20 dəqiqə gözləyib, isti su ilə yuyun.
Tərkibi:
2 xörək qaşığı düz qatıq
5-6 çiyələk
Yaxşıca qarışdırıb təmiz dəriyə çəkin və 10 dəqiqə saxlayın. İlıq su ilə yuyun. Sonda nəmləndiricidən istifadə edin.
Tərkibi:
1/3 fincan bişmiş yulaf əzməsi
2 xörək qaşığı qatıq
Qarışdırıb dərinizə çəkin, 10-15 dəqiqə gözləyib və isti su ilə yuyun.
Tərkibi:
1 fincan qəhvəyi şəkər
1/2 fincan zeytun yağı
1/2 fincan qatıq
2 xörək qaşığı bal
Qarışımı dairəvi hərəkətlərlə dərinizə yumşaq bir şəkildə tətbiq edin. Daha sonra duş qəbul etməyi unutmayın.
Tərkibi:
2 xörək qaşığı qatıq
2 xörək qaşığı bal
1/2 çay qaşığı zeytun yağı
Maskanı baş dərinizə masaj edərək tətbiq edin və yumazdan əvvəl maskanı ən az 15 dəqiqə saxlayın. Saçdan yaxşı təmizləmək üçün şampunlayıb ilıq su ilə yuyun.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png