2 aya 8 kiloqram arıqladan detoks

Detoks olaraq istehlak edilən cəfəri suyu artıq çəkidən qurtulmağa yardımçı olan təbii vasitədir.
Cəfəri detoksu ilə 2 ay boyunca qalıcı olaraq 8 kiloqram çəki atmaq mümkündür.
Cəfəri detoksunun hazırlanma qaydası
Tərkibi:
orta ölçülü 15-16 cəfəri sapı
2 yemək qaşığı limon suyu
yarım stəkan xlorsuz su
Mikserlə 1 dəqiqə qarışdırın. Qarışımı səhər təzə hazırlanmış şəkildə istehlak edin.
15 gün ərzində səhər yeməyindən 30 dəqiqə əvvəl 1 stəkan için. Daha sonra bir həftə ara verin. Bu dövrü 4 dəfə təkrarlayın. Uzun müddət tətbiq edildikdə problem yarada biləcəyi üçün 4 dəfə təkrar etdikdən sonra ara verin. Müalicə zamanı bol su içməyi unutmayın.
Cəfəri suyunun faydaları
- Vücudda yığılmış ödəmi aradan qaldıraraq arıqlama prosesini asanlaşdırır.
- Həzm sistemini tənzimləməyə kömək edir. Xüsusilə səhərlər ac qarına istehlak edildikdə mədə turşusu balansını təmin edir.
- Dəriyə parlaq və sağlam görünüş qazandırır.
- Toxluq hissi verərək həddindən artıq kalori qəbulunun qarşısını alır.
- Tsikl ağrılarını azaldır.
- Maddələr mübadiləsini, qan dövranını sürətləndirir və saç köklərini gücləndirir.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png