Plastik aksesuar dəbi geri döndü

Plastik materialdan hazırlanan aksesuarlar səbirsizliklə öz alıcılarını gözləyir.
Uşaq oyuncaqlarına bənzəyən rəngli muncuqlar, müxtəlif həndəsi fiqurlu bəzək əşyaları yenidən gündəmə gəlməyə hazırlaşır.
Yüngül yay sarafanları və ətəklərin belə aksesuarlar ilə vəhdəti sayəsində çox əyləncəli və şıltaq obrazlar ortaya çıxır. Onların digər üstünlüyü isə ovqata birbaşa təsiridir. Etiraf etmək lazımdır ki, al-əlvan rənglər bütün hallarda həm əhvalımızı yaxşılaşdırır, həm də qarşı tərəfə müsbət emosiyalar ötürür.
Lüks və demokratik markalarda yer alan bu bəzək əşyalarının geri dönüşü həqiqətən möhtəşəm olacaq.
Dizaynerlər istənilən yaş qrupunun zövqünə xitab edən modellər təqdim edir. İstifadə olunan materiallar dəyişsə də, onların yay mövsümünün trendləri arasında olacağı dəqiqdir.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png