Cennifer Enistonun arıqlama SİRRİ

“Məşhurların pəhrizi” rubrikasında bu dəfə dünyanın məşhur və həsəd aparılacaq xanımlarından olan Cennifer Enistonun arıqlama sirrini təqdim edirik.
 Hollivudun sevilən aktrisası özəl dietoloqunun məsləhəti ilə hər zaman formada qalmağı bacarır. O, əsasən kərəvizdən istifadə edir.
Tərkibində bir çox vitaminlər olan kərəviz kökü arıqlamaq üçün əla qidadır. Enistonun dietoloqu Mayk Ozneronun bu məsləhəti ilə həftəyə 10 kiloqram arıqlamaq mümkündür.
1 həftəlik menyu:
I gün:
İstədiyin qədər kərəviz şorbası için və meyvə yeyin (banan olmaz).
II gün:
Sobada, suda və ya manqalda bişmiş tərəvəzlər. Naharda bir ədəd bişmiş kartof yeyin. İkinci gün qətiyyən çay, şirə, qəhvə içmək olmaz, yalnız adi, qazsız su istifadə edin.
III gün:
Yalnız kərəviz şorbası işməyiniz məsləhətdir.
IV gün:
Kərəviz şorbası və gün ərzində bir dəfə yağsız süd için.
V gün:
Kərəviz şorbası, pomidor və suda bişmiş toyuq filesi.
VI gün:
Suda bişmiş toyuq filesi və tərəvəzlər.
VII gün:
Kərəviz şorbası və suda bişmiş qara düyü. Günərzində 1 dəfə təzə meyvə şirəsi için.
Şorbanı hazırlama qaydası:
• 3 litr su
• 400 qram kərəviz kökü
• 3 ədəd pomidor
• 2 yaşıl bibər
• 05, kiloqram kələm
• 6 ədəd soğan
Tərəvəzləri suda qaynadıb, azca zeytun yağı töküb, şorba hazırla.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png