Saç problemləri üçün faydalı məsləhətlər

Saçların bənzərsiz baxıma ehtiyacı var. Bəzi insanlar kəpək problemindən şikayətlənərkən, bəzilərinin saçlarında isə elektriklənmə ya da qırılma problemləri olur. Hər bir saç probleminin isə fərqli həlli var.
Saç problemlərinin aşağıdakı həll yollarını təqdim edir:

1.Nəm itkisi problemi
Saçlar yayda isti hava və günəşdən, qışda isə soyuq olduğundan nəm itirə bilər. Çox nəm itirməməsi üçün kremlər və yağlardan istifadə etmək vacibdir. Hind qozu yağı saç üçün çox faydalıdır. Nəm itkisinin qarşısını almaq üçün başqa maskalar və kremlərdən də istifadə edə bilərsiniz.

2.Saç tökülməsi problemi
Bu problem fəsil dəyişikliyi zamanı artsa da, hər fəsildə rast gəlinən problemdir. Saçlarınızı sabunla yuyarkən dırnaqlarınızla toxunmadan mütləq başınızı barmaqlarınızın ucu ilə masaj edin. Bu, saç köklərindəki qan dövranını sürətləndirəcək və saç köklərini gücləndirəcək. Əlavə olaraq, bir çay qaşığı rozmarini 20 dəqiqə qaynadıb, suyunu süzüb saçınızı yuyun. Bu su vasitəsilə saçların inkişafını təmin edə bilərsiniz.

3.Kəpək problemi
Kəpək problemi saçdakı nəmin azalması nəticəsində meydana gəlir. Saçınızı nəmləndirərək kəpək problemini aradan qaldıra bilərsiniz. Seçdiyiniz şampun saçlarınızın qurumasına və kəpəklənməsinə səbəb ola biləcəyi üçün onlar seçərkən diqqətli olmaq lazımdır. Saçınızı çox yaxşı yuduğunuzdan əmin olmalısınız. Sonra həftədə bir dəfə zeytun yağı, bal və yumurtadan hazırlayacağınız maskanı tətbiq etməklə saçlarınızı daha çox nəmləndirə və kəpək probleminizi həll edə bilərsiniz.

4.Elektriklənmə problemi
Sintetik materiallar, həmçinin yun və pambıq kimi parçalar saçların daha çox elektriklənməsinə səbəb olur. Bunun qarşısını almaq üçün ipək yaylıqdan istifadə edə bilərsiniz. Papaqlarınızın içinə kiçik ipək parçadan yastıq düzəltsəniz bu zaman saçlarınız elektriklənməyəcək.

5.Saç qırılması problemi
Cansız və zəif saçlar qırılmağa daha çox meyilldir. Xüsusilə dəridə quruluq varsa, saç ucları iki yerə bölünür. Saçlarınız qırılırsa, mütləq bundan xilas olmalısınız. Buna görə də saçlarınızın uclarını arqan yağı ilə nəmləndirməyiniz məsləhət görülür. Quru saçlar elastikliyini itirdikləri üçün daha tez qırılır.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png