Həm sağlam saxlayır, həm də dərini gözəlləşdirir

Qışda ən çox rast gəldiyimiz xurmanın orqanizm üçün bir çox faydası var.
Xurma C və A vitaminləri ilə zəngindir. Vitamin C immuniteti artırır, soyuqdəyməni azaldır. Bundan başqa bu vitaminlər dərini yaxşılaşdırır, kapilyar damarları möhkəmləndirir. Vitamin A isə öz növbəsində zehni möhkəmləndirir, qocalmanın qarşısını alır.
 
Xurmanın tərkibində dəyərli minerallar var. Kalsium sümük, diş, saç və dırnaqları möhkəmlədir, kalium isə orqanizmdə duz dövranını tənzimləyir. Eyni zamanda, xurmanın tərkibində qan yaradan dəmir də var.
 
Xurma insan orqanizmində metabolik prosesləri gücləndirir. Həzmə kömək edir. Tərkibində həzmi sürətləndirən bakteriyalar var. Buna görə də həkimlər pəhriz zamanı xurmanı məsləhət görürlər.
 
Ürək-damar xəstəliklərində xurma bir nömrəli meyvədir. Aterosklerozun, varikoz-damar genişlənməsinin qarşısını alır, sümüyün möhkəmlənməsində xeyirlidir.
 
Təbii sidikqovucudur. Böyrək xəstələrinə bu meyvəni bol-bol yemək məsləhətdir.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png