Dünyanın ƏN VARLI QADINI bəlli oldu

Dünyanın ən varlı qadınının adı bəlli olub.
Bu, ABŞ mərkəzli e-ticarət şirkəti “Amazon”un sahibi və dünyanın ən varlı insanı olan Ceff Bezosdan boşanan Makkeynz Skottdur.
“Bloomberg Milyarderlər İndeksi”nə əsasən, o, “L'Oreal SA”nın varisi Françoiz Bettenkourt Meyersi geridə qoyaraq bu ünvanı alıb.
“Amazon”un hissələrinin bazar dəyərinin artması ilə onun sərvəti 66,4 milyard dollara çatıb.
Qeyd edək ki, Skott Bezos ilə boşandığı dövrdə “Amazon.com Inc.”in 4%-ni almışdı.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png