Bu ölkədə səhra hospitalları açıla bilər

Bu ölkədə  səhra hospitalları açıla bilər Ölkədə böyük klinikaların yaxınlığında səhra hospitallarının yaradılması təklif olunur.
Gürcüstanın Klinikalar Assosiasiyası bu təkliflə hökumətə müraciət edib.
Təklifə əsasən, səhra hospitalları 100, 300, 500 pasiyent üçün nəzərdə tutulmalı və müvafiq avadanlıqlarla təchiz olunmalıdır.
Müraciətdə bildirilib ki, koronavirusla mübarizədə səhiyyə sistemində bir sıra çatışmazlıqlar yaranıb.
Assosiasiya xaricdə çalışan gürcü həkimlərin vətənə dəvət olunması və hərbi tibb heyətinin də pandemiya ilə mübarizəyə cəlb olunmasını təklif edib.

Geri qayıt