Ekstremist qruplaşmanın rəhbəri Qarabağa DÖYÜŞƏ GETDİ

Ekstremist qruplaşmanın rəhbəri Qarabağa DÖYÜŞƏ GETDİ

Sağ radikal “Zouaves Paris” qruplaşmasının lideri Mark de Kakkere-Valmenir “Instagram”dakı səhifəsində bildirib ki, Dağlıq Qarabağa ermənilərlə birlikdə vuruşmağa yola düşüb.
Bu barədə "Liberasen" bildirib.
Mark de Kakkere "Kalaşnikov" avtomatı ilə hərbi formada şəklini də paylaşıb. Fotoda "İstiqamət: cəbhə" yazılıb. O həmçinin ermənilərlə əməkdaşlıqla "xarici könüllülər briqadası"nı yaratmaq arzusu haqqında bildirib.
O, özünü birbaşa faşist adlandırır. Amma Parisdə zorakılığın əsas təhrikçisi olan sağ ekstremistlər qruplaşmasına “Zouaves Paris” adıını verib. Mark de Kakkere həmçinin deyib ki, bu kiçik qruplaşma küçələri qorxuda saxlamaq üçündür.


Geri qayıt