İzmirdə zəlzələdə ölən və yaralananların SAYI ARTDI

İzmirdə zəlzələdə ölən və yaralananların SAYI ARTDI Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində azı 12 nəfər həlak olub, daha 419 nəfər xəsarət alıb.
Bu barədə Türkiyənin Fövqəladə Hallar üzrə İdarəsi məlumat yayıb.
"Ölənlərin sayı 12 nəfərə yüksəldi. 419 nəfər yaralanıb", - idarənin xəbərində deyilir.
***
İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 6 nəfərə, yaralananların sayı 202 nəfərə çatıb.
Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altından indiyədək 70 nəfər sağ olaraq çıxarılıb.
Xatırladaq ki, bu gün yerli vaxtla saat 14.51-də Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul da daxil olmaqla, Egey və Marmara bölgəsinin hər yerində hiss edilib.
***
Türkiyənin İzmir şəhərində güclü zəlzələ olub.
6,6 bal gücündə qeydə alınan zəlzələ nəticəsində 6 yaşayış binasına ciddi zərər dəyib.
Yerli vaxtla saat 14:51-də meydana gələn zəlzələ İstanbulda da hiss edilib.
Kandilli Rəsədxanası zəlzələnin şiddətinin 6,8 bal olduğunu açıqlayıb.
Yerin 16,5 km dərinliyində olan yeraltı təkanlar 15 saniyə davam edib.
Geri qayıt