İnsana çip taxmaq neçəyə başa gələcək?

Tanınmış amerikalı iş adamı, o cümlədən nevrologiya sahəsində “Neuralink” startapının təsisçisi olan İlon Mask insanlara tibbi məqsədlərlə çip taxmaq barədə danışıb.
“YouTube”dən söylədiyi nitq zamanı Mask həmin əməliyyatın ümumi qiymətinin bir neçə min dollar təşkil edəcəyini deyib.
“Neuralink” şirkətində bununla bağlı cərrahiyə əməliyyatını gələcəkdə tam avtomatlaşdıracaqlarına, nəticənin gözə dəyməyəcəyinə ümidvar olduqları da bildirilib.
Qeyd edək ki, “2016-cı ildə yaradılan “Neuralink” Alzheimer sindromu, demans, onurğa beyni zədəsi kimi nevroloji xəstəlikləri müalicə etmək üçün bəzi orqanlara kompüter çipi taxmaq istiqamətində işlər görür.
İ.Mask dünən təqdimat keçirərək iki ay əvvəl donuzun beyninə “Neuralink”in taxdığı çipi tam zərərsiz çıxararaq nümayiş etdirib.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png