QONDARMA REJİMİN “MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİ” ÖLDÜRÜLDÜ

Qondarma Dağlıq Qarabağ rejiminin Müdafiə nazirinin müavini Artur Sarkisyan Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatları nəticəsində öldürülüb.
Məlumatı “Sputnik Ermənistan”a Qarabağ Müdafiə Ordusundakı mənbə təsdiqləyib.
Qeyd edək ki, polkovnik Artur Sarkisyan bu ilin iyul ayında Müdafiə nazirinin müavini və Müdafiə Ordusu Komandirinin müavini təyin edilmişdi. Bundan başqa, 2 noyabrda açıqlanan ölən erməni hərbçilərinin siyahısında Sergey Şakaryanın adı var. 4 oktyabrda polkovnik Şakaryan Qarabağ Prezidenti Araik Arutyunyanın fərmanı ilə “Artsax Qəhrəmanı” adına layiq görülüb.

Xatırladaq ki, qondarma Dağlıq Qarabağ rejimin Müdafiə naziri Cəlal Harutyunyan da 27 oktyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdi.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png