Bu barədə Türkiyənin Fövqəladə Hallar üzrə İdarəsi məlumat yayıb.
"Ölənlərin sayı 12 nəfərə yüksəldi. 419 nəfər yaralanıb", - idarənin xəbərində deyilir.
***
İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 6 nəfərə, yaralananların sayı 202 nəfərə çatıb.
Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altından indiyədək 70 nəfər sağ olaraq çıxarılıb.
Xatırladaq ki, bu gün yerli vaxtla saat 14.51-də Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul da daxil olmaqla, Egey və Marmara bölgəsinin hər yerində hiss edilib.
***
Türkiyənin İzmir şəhərində güclü zəlzələ olub.
6,6 bal gücündə qeydə alınan zəlzələ nəticəsində 6 yaşayış binasına ciddi zərər dəyib.
Yerli vaxtla saat 14:51-də meydana gələn zəlzələ İstanbulda da hiss edilib.
Kandilli Rəsədxanası zəlzələnin şiddətinin 6,8 bal olduğunu açıqlayıb.
Yerin 16,5 km dərinliyində olan yeraltı təkanlar 15 saniyə davam edib.