ŞƏHƏRDƏ ÜSYAN ÇIXDI: 2 SÜLHHMƏRAMLI ƏSGƏRİ ÖLDÜRDÜLƏR

Mərkəzi Afrika Respublikasında Birləşmiş Millətlər Təşkilatının sülhməramlı kontingentinin 2 əsgəri öldürülüb.
Hadisə ölkənin cənub-şərqində yerləşən Banqassou şəhəri yaxınlığında üsyançıların hücumu nəticəsində olub.
Banqassou deputatı Serge Sinqa Beqba mətbuata açıqlamasında Dəyişiklik üçün Vətənpərvərlər Koalisiyası (CPC) adlı üsyançı qruplaşma ilə sülhməramlılar arasında münaqişə yarandığını təsdiqləyib.
Ölənlərdən birinin qabonlu, digərinin mərakeşli olduğu bildirilib.

Qeyd edək ki, üsyançı qrup 2 həftə əvvəl Banqassou şəhərinin nəzarətini ələ keçirmiş, ötən gün şəhərin nəzarəti təhlükəsizlik qüvvələrinə geri qaytarılmışdı.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png