"Rahat ola bilərsiniz, günahkar var" De Byazinin məğlubiyyət şərhi

"Rahat ola bilərsiniz, günahkar var" De Byazinin məğlubiyyət şərhi “Oyuna yaxşı başlamadıq. İlk 10 dəqiqə bizim üçün yaxşı keçmədi. Topa sahib olmaqda çətinlik çəkirdik. Bəlkə də bu psixoloji amillə bağlı idi. Təəssüf ki, oyunun çox hissəsini azlıqda keçirdik. İkinci hissədə çox sadə iki qol buraxdıq. Mövsüm yeni başlayıb və futbolçuların fiziki hazırlığı yüksək səviyyədə deyil. Oyunun sonlarında yorğunluq hiss olunurdu”.
Bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının I turunda Bakı Olimpiya Stadionunda Lüksemburqa 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Lüksemburq yığması güclü komandadır. Uzun müddətdir birlikdə oynayırlar. Öz oyun üslubları, mexanizmləri var, futbolçularının çoxu legioner həyatı yaşayır. Oyun ərzində yaşana biləcək bütün neqativləri yaşadıq. Azlıqda qaldıq, avtoqola imza atdıq, penalti etdik. Bizim üçün vacib test oldu. Futbolçularıma təşəkkür edirəm. Oyunun çox hissəsini azlıqda oynamaq çətindir. Bir nəfər azlıqda oynamağımıza baxmayaraq qol vurmağı bacardıq. Bu bizim üçün çox pozitiv məqam idi. Həm fiziki, həm də taktiki cəhətdən inkişaf etməliyik”, - deyə baş məşqçi oyunla bağlı fikirlərini bölüşüb.
Geri qayıt