"Sumqayıt"dan əzmkar qələbə

"Sumqayıt"dan əzmkar qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir matçı baş tutub.

Günün ilk matçında "Sumqayıt" "Kəpəz"i qəbul edib.

"Kapital Bank Arena"dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib.

Bu nəticədən sonra xallarının sayını 11-ə yüksəldən "Sumqayıt" 6-cı sıradakı "Turan Tovuz"a çatıb. Gəncə klubu 5 xalla sonuncu-10-cu sıradadır.

Qeyd edək ki, günün digər qarşılaşmasında "Neftçi" "Qarabağ"ı qəbul edəcək. IX turun digər matçlarında "Zirə" "Turan Tovuz"u (2:1), "Səbail" "Qəbələ"ni (1:0) məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.

Geri qayıt