Məşhur hücumçuya fantastik qiymət qoyuldu

Məşhur hücumçuya fantastik qiymət qoyuldu "Benfika" futbolçusu Darvin Nunezin transfer qiymətini müəyyənləşdirib.
22 yaşlı uruqvaylı hücumçunu transfer etmək istəyən komanda Lissabon təmsilçisinə 150 milyon avro ödəməlidir. Onun paytaxt klubu ilə sözləşməsi 2025-ci ildə başa çatır.
Nunezlə "Tottenhem" və "Arsenal" kimi məşhur klublar maraqlanır.
Qeyd edək ki, Uruqvay millisinin üzvü bu mövsüm "qartallar"ın heyətində 33 matçda 22 qol və 2 məhsuldar ötürmə edib.
Geri qayıt