Ronaldu başdaşına nə yazılacağını açıqladı

Ulduz forvard "The Sun" nəşrinin əməkdaşının ünvanladığı sualı belə cavablandırıb:
"Nömrə 1. Nömrə 7 yox, məhz 1".
Xatırladaq ki, Ronaldu "Tottenhem"ə qalib gəldikləri İngiltərə Premyer Liqasının XXIX tur matçında het-trik etməklə karyerasında vurduğu qolların sayını 807-yə çatdırıb və bu göstəricidə dünya rekordunu yeniləyib.