20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ TURNİR KEÇİRİLƏCƏK

20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ TURNİR KEÇİRİLƏCƏK 21-23 Yavar tarixlərində Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” Karate Klubunun birgə təşkilatçılğı ilə 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş 6-cı “Arpachay Open” Beynəlxlaq Karate Turniri keçiriləcək.
Ənənəvi yarışda 10-dək ölkədən 40-dan artıq klubu təmsil edən 400-dək idmançının iştirakı gözlənilir. Xatirə turniri uşaq, yeniyetmə və 21 yaşadək gənclər arasında 7 yaş dərəcəsi üzrə təşkil olunacaq.
6-7 və 8-9 yaşlı uşaqlar 21 Yanvarda, 10-11 və 12-13 yaşlı uşaqlar, eləcə də 14-15 yaşlı yeniyetmələr ertəsi gün, 16-18 və 21 yaşadək gənclər isə bazar günü mübarizə aparacaq.
Bakı İdman Sarayında beynəlxalq xatirə turnirinin təntənəli açılış mərasimi 21 Yanvarda olacaq.
Yarışın əsasnaməsi ilə tanış ola bilərsiniz.

Geri qayıt