FİFA-dan azərbaycanlı hakimə təyinat

FİFA-dan azərbaycanlı hakimə təyinat Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan təyinat alıb.
O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Ukrayna-Şimali İrlandiya qarşılaşmasında iş başında olacaq.
Cabbarova Elşad Abdullayev və PərvinTalıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma noyabrın 17-də keçiriləcək.


Geri qayıt