Klublararası dünya çempionatının püşkü atıldı

Klublararası dünya çempionatının püşkü atıldı 2022-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil olunacaq klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib.
İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə ilk 3 mərhələdə, yarımfinal və finalda üz-üzə gələcək cütlüklər müəyyənləşib.
UEFA Çempionlar Liqasının son qalibi olan İngiltərə "Çelsi"si və Libertadores Kubokunun son sahibi Braziliya "Palmeyras"ı mübarizəyə yarımfinal mərhələsindən başlayacaq.
I mərhələ
1. "Əl-Cəzirə" (Birləşmiş Ərəb Əmirlikləri) - "Oklend Siti" (Yeni Zelandiya)
II mərhələ
2. "Əl-Əhlil" (Səudiyyə Ərəbistanı) - "Monterrey" (Meksika)
III mərhələ
3. "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) - 1-ci cütün qalibi
Yarımfinal
4. "Palmeyras" (Braziliya) - 2-ci cütün qalibi
5. 3-cü cütün qalibi - "Çelsi" (İngiltərə)
Qeyd edək ki, klublararası dünya çempionatı 3 - 12 fevralda olacaq. Turnirin son qalibi Almaniya "Bavariya"sıdır.

Geri qayıt