İki güləşçimiz dünya çempionatının yarımfinalına yüksəldi

İki güləşçimiz dünya çempionatının yarımfinalına yüksəldi

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından  verilən məlumata görə, beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Elmir Əliyev 1/8 finalda iranlı həmkarıyla gərgin mübarizə şəraitində keçən görüşdə minimal fərqlə uduzub.
Ziya Babaşov debütdə yerli pəhləvanla bacarmayıb.
Elcan Məmmədov təsnifat mərhələsində cəmi 40 saniyəyə Polşa idmançısının kürəyini yerə sıxıb. Ancaq 1/8 finalda Belarus təmsilçisinə məğlub olub.


Geri qayıt