"Qəbələ" azlıqda "Zirə"yə qalib gəldi

"Qəbələ" azlıqda "Zirə"yə qalib gəldi Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
Günün ilk matçında "Qəbələ" "Zirə"ni qəbul edib.
Qəbələ şəhər stadionunda keçirilən oyun heç-heçə ilə yekunlaşıb - 1:1. Hesabı 23-cü dəqiqədə meydan sahiblərindən Vinko Medimoreç vurub.
Bu qoldan 6 dəqiqə sonra "Qəbələ"dən Merab Giqauri birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Qonaqlar say üstünlüyündən 90+4-cü yeni transfer Fakundo Melivilonun qolu ilə yararlanmağı bacarıblar.
Bu nəticədən sonra xalını 30-a çatdıran "Zirə" 3-cü, 23-cü xalını qazanan "Qəbələ" 5-ci pillədə qalıb.

Geri qayıt