"Arsenal" müdafiəçisi ilə vidalaşdı

"Arsenal" müdafiəçisi ilə vidalaşdı İngiltərə "Arsenal"ı futbolçusu Sokratis Papastatopulosla yollarını ayırıb.
London təmsilçisi yunanıstanlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, 33 yaşlı oyunçu "Arsenal"a 2018-ci ildə Almaniyanın "Borussiya" (Dortmund) klubundan keçmişdi. O, 69 oyunda "topçular"ın formasını geyinib.

Geri qayıt