Məsut Özil bu gecə Türkiyəyə yollanır

Məsut Özil bu gecə Türkiyəyə yollanır Türkiyənin “Fənərbağça” klubu ilə transfer razılaşması əldə etmiş Məsut Özil bu gecə saat 00:15-də İstanbulun Sabiha Gökçen Hava Limanında olacaq.
Bu barədə “Haber Türkiye” məlumat yayıb.
Razılaşmaya əsasən, futbolçu 3,5 il müddətində bu klubda çıxış edəcək.
Qeyd edək ki, Məsut Özilin “Arsenal” klubu ilə müqaviləsinin müddəti bu ilin yayında bitəcək.

Geri qayıt