NİDERLANDDA “VƏTƏN MÜHARİBƏSİ” ŞƏHİDLƏRİMİZ YAD EDİLDİ – FOTOLAR

NİDERLANDDA “VƏTƏN MÜHARİBƏSİ” ŞƏHİDLƏRİMİZ YAD EDİLDİ – FOTOLAR Niderlanddakı Azərbaycan Türk Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə Qarabağ zəfərimizin birinci il dönümü münasibəti ilə şəhədilərimiz anılıb.
Tədbir şəhitlərimizə bir dəqiqəlik hörmət duruşu ilə başladı. Sonra Den Haaq on dörd məhsumlar məscid imamı hörmətli Şeyx Məhmət Olgunla və Den Haaq Ehlibeyt məscidi imamı hörmətli Türkcan Akbal müəllimlərimizin Quran oxuması və duaları ilə davam etdi.
Bildirək ki, tədbirdə  idarə heyətimizin üzvlərindən olan cənab Yasin Zeynallı təşkilatımızın Qarabağ müharibəsindəki işləri və hətta Azərbaycan ordusunun müharibə zamanı göstərdiyi qəhrəmanlıqlar nəticəsində geri aldığımız şəhərlər haqqında məlumat verdi.
Tədbirə qatılan Təşkilatımızın keçmiş prezidentlərindən Ferhat Ateş, Benelux Azərbaycanlıları konqresi sədri Elsevər Məmmədov Niderland Anavətən Xanımlar Cəmiyyətinin prezidenti Mayisə Ağamirzəyeva Gündoğdu xanım, Niderland Odlar Yurdu Cəmiyyətinin prezidenti Frəngiz Mir-Bağırova xanım və Real TV Hollandiya nümayəndəsi Xatirə Sərdarqızı  bir sıra danışıqlar apararaq, şəhidlərimizə dualar göndərdi.

Tədbirin sonunda Hollandiyada Azərbaycan Türk Kültür Dərnəyinin başçısı  İlhan Aşkın tədbirdə iştirak edən bütün dostlara, xüsusən də tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirdi.
Allah şəhidlərimizə rəhmət eləsin.





Geri qayıt