Vikipediyanın ingilis dili bölməsində fəallıq artıb

Bu sözləri Vikipediya üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib.
“Bu gün informasiya müharibəsində Azərbaycan Vikipediya icmasının üzvləri fədakarlıqlar göstərirər. Millət vəkili Elnur Allahverdiyevin təşəbbüsü ilə yenicə fəaliyyətə başlayan “Qorqud” Vikipediya Metodik Klubunun könüllüləri Vikipediyanın ingilis dili bölməsində fəallığı artırıblar. Belə ki, xarici dil bölməsində ölkəmizlə bağlı informasiya bazasının genişləndirilməsi və etibarlı mənbələrlə zənginləşdirilməsi “viki”çilər üçün prioritet təşkil edir. Onların arqumentlərini qüvvətləndirən etibarlı mənbələrdir. Nüfuzlu xarici mətbu orqanlarında Azərbaycanla bağlı bitərəf, həqiqətləri əks-etdirən akademik, elmi, analitik yazılar çap olunarsa, bu bizim “viki”çilərin mövqeyini gücləndirəcək. Bunun üçün intellektual vətənpərvər insanlarımız informasiya müharibəsində fəallıq göstərməlidirlər”, - E.Eltürk qeyd edib.