NİDERLAND MEDİASINDA ŞƏHİD MAYOR ANAR NOVRUZOVDAN YAZILIB

Niderlandın “haber.nl” portalında Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribatlar zamanı qəhrəmanlıqla şəhid olmuş azərbaycanlı hərbçi, mayor Anar Novruzovdan bəhs edən məqalə dərc edilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.
Yazını Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev və Şuranın üzvü, “Beynəlxalq Azərbaycan Xanımları Klubu”nun rəhbəri Kəmalə Ceylinova qələmə alıblar. Məqalədə Anar Novruzovun ömür yolu və 25 illik hərbi karyerası barədə ətraflı məlumat verilib.

Aprel və Tovuz savaşlarının qəhrəmanı olan Anar Novruzovun vətənpərvərliyi, xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindən mənimsədiyi, Türkiyədə mükəmməl hərbi təlim keçdiyi, erməni diversiya qruplarının kabusuna çevrildiyi, xidmət etdiyi dövrlərdə Qarabağ cəbhəsində dəfələrlə düşmən təxribatının qarşısının alınmasında şücaətlə iştirak etdiyi bildirilib.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png