Strasburq şəhərində fəaliyyət göstərən “Kəpəz” nəşriyyatı tərəfindən çap olunan kitab Fransa, İsveçrə, Belçika və Lüksemburqun kitab mağazalarında, eləcə də “Amazon”un bütün şəbəkələrində satılmaqdadır. Azərbaycanlı müəllifin kitabının bu cür geniş miqyasda satışa çıxarılması ilk dəfədir.
Ölkəmizin multikultural dəyərlərindən, müxtəlif millətlərin nümayəndlərinin Azərbaycanda sülh şəraitində yaşamasından bəhs edən “O gələcək?” adlı kitabda həm də xalqımızın zəngin mənəvi-əxlaqi dəyərləri barədə də ətraflı danışılır. Kitabın geniş miqyasda yayılması ölkəmizin təbliği və tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir.