Aldadılan qadının AĞLASIĞMAZ İNTİQAMI

Çində bir qadın onu tərk edib, ağladan sevgilisinə bir ton soğan göndərib.

Çin mediasında yayılan xəbərə görə, adı Zhao olan qadın bir il əvvəl sevgilisi tərəfindən tərk edilib. Xəyanətə uğradığını da öyrənən qadın günlərlə əzab içində göz yaşı töküb. Ancaq keçmiş sevgilisinin heç nə olmamış kimi həyatına davam etməsi onu əsəbiləşdirib. İntiqam almaq istəyən qadın bir ton soğan sifariş edərək, keçmiş sevgilisinin evinə aparması üçün çatdırılma firması ilə anlaşıb.

Zhao soğan kisəsinin üzərinə ”Üç gün ağladım, indi sıra səndədir” sözlərini də kiçik qeyd olaraq yazıb.

Belə ki, Şandonq əyalətində yaşayan gənc oğlan qapısında bir ton soğanı gördükdən sonra təəccübünü gizlədə bilməyib. Onun bu fotoları qısa zaman ərzində sosial mediada yayılıb.

leave a reply