Oqtay Əliyev: “Qızlarım mənə ata demir”

“51 yaşım var, amma özümü 24-25 yaşında hiss edirəm”.

Bu sözləri prodüser Oqtay Əliyev İTV-də yayımlanan “Fatehin divanı” proqramında deyib.

O.Əliyev veriliş zamanı qızları ilə münasibətindən də söz açıb:

“Adamlar var ki, evdə xalçanın üstündə şəkilləri olur. Gələndə deyirlər ki, ağsaqqal filan yerdə otur. Hələ ki belə olmasını istəmirəm. Övladlarımla da bir “dil”də danışıram. Onlar mənə heç ata da demirlər, adımla çağırırlar”.

Qeyd edək ki, O.Əliyev Əməkdar artist Dilarə Əliyeva ilə evlidir. Cütlüyün Aytən və Banu adlı iki qızı var.

leave a reply