Sadə biskvit tortu necə hazırlanır? – RESEPT

Sadə biskvit tortunu hazırlamaq üçün lazım olan ərzaqlar:

  • 5 ədəd yumurta
  • 175 qr şəkər tozu
  • 200 qr un
  • 2 ədəd vanil
  • 1 ədəd qabartma tozu
  • 200 qr kərə yağı
  • 1 qutu qatılaşdırılmış süd

Hazırlanması:

Öncə yumurtanın ağını sarısından ayırırıq. Yumurtanın ağının üzərinə 1 çimdik duz töküb, mikserlə yaxşıca çalırıq. Üzərinə şəkər tozunu da əlavə edib beze halına gətiririk. Yavaş-yavaş yumurtanın sarısnı da əlavə edib bacardığımız qədər çox müddətdə mikserlə qarışdırırıq. 1 qaşıq vanili də bu qarışıma səpirik. Kənarda un və qabartma tozunu ələkdən keçiririk. Mikseri söndürüb, taxta qaşıqla unu yavaş- yavaş qarışıma əlavə edib qarışdırırıq. Xəmiri qaba töküb, artıq qızdırılmış sobada bişiririk.

Kremin hazırlanması: Bunun ən sadə üsulu yağ və qatılaşdırılmış süd qarışımıdır. Öncə yumuşaldılmış kərə yağını mikserlə çalıb, üzərinə qatılaşdırılmış süd və vanil əlavə edirik. 10 qəqiqə də qarışdırdıqdan sonra kremi soyuducuya qoyuruq. Biskvit bişdikdən sonra soyuması üçün biraz gözləyirik. Sonra sap və ya bıçaqla iki və ya üç dairəyə ayırırıq. Son zamanlar biskvit bölmək üçün xüsusi alət satılır. İstəsəniz onu əldə edib, işinizi asanlaşdıra bilərsiniz.

Kremi soyuducudan çıxarıb, biskvitin arasına əlavə edib, sonda üzərini və kənarlarını da kremləyirik. Üzərini zövqə görə bəzəyə bilərsiniz. Tortumuzu biraz gözlədib, süfrəyə vermək olar.

 

leave a reply