“Beşiktaş”ın prezidenti də koronavirusa yoluxdu

“Beşiktaş”ın 8 futbolçusunun koronavirusa yoluxduğu açıqlandıqdan sonra klubun prezidenti Ahmet Nur Çebinin də test nəticəsinin pozitiv olduğu bildirilib.

Klubun rəsmi saytında verilən açıqlamada prezidentin müalicəsinə başlanıldığı qeyd edilib.

Qeyd edək ki, “Beşiktaş” klubunun üzvləri 13 mayda kütləvi şəkildə koronavirus testindən keçirilib.

leave a reply