Ramalla Elariz qalmaqalı böyüdü — “Səni sildim”

Əməkdar artist Elza Seyidcahanın müğənnilər Ramal İsrafilovla Elariz Məmmədoğlunu barışdırmaq cəhdi baş tutmayıb.

“Ulduzlu yayım” verilişində Ramal yenə də Elarizi tənqid edib.

O, “Musiqiçinin dediyi sözə düzgün yanaşmalıdır. Elariz hansı cürə təbliğ edir, özü bilər. Heç mənə zəng etmədən, məni söyənləri alqışlayır. Özünə tərif yazanları da alqışlayır” deyib.

Veriliş zamanı Seyidcahan Amerikada olan ifaçıya zəng edərək, Ramalın tərəfin tutmağa çalışıb.

Telefonu açıb Ramalı görən Elariz “Səni sildim. Video məndə var” deyərək, telefonu Elzaya verməsini söyləyib. O, İsrafilovla danışmaq istəməyib. O, Ramalın dediklərini danmasını isə qəbul etməyib.

“Aygün Bəylərin bir sözü var: Bu musiqini sizə yox, bizə tapşırıblar. Ona görə də bizi qınamayın. Adam ağzın açanda, on nəfər üstünə düşür. Kiminsə şəxsiyyətinə toxunmuruq, musiqinə danışmayaq? Elariz gitara ifaçısıdır, mən oxuyan kimi danışıram. Bundan sonra pis pis deyən deyiləm. Deyən kimi atama, anama zəng vururlar” deyərək, Ramal əsəbi fikir bildirib.

leave a reply