“Mançester Yunayted” rekord gəlir əldə etdi

“Mançester Yunayted” rekord gəlir əldə edib.

Premyer Liqa nəhəngi bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, “qırmızı şeytanlar” ötən mövsüm ərzində 627 milyon funt-sterlinq qazanıb. Bu ilin 30 iyununa qədər olan təmiz gəlir 18,9 milyon funt-sterlinq təşkil edib. Bu isə klub tarixində yeni rekord sayılır.

“Mançester Yunayted” yay transfer pəncərəsi dövründə yeni futbolçuların alınmasına 150 milyon funt-sterlinq xərcləyib. “Qırmızı şeytanlar” həmçinin keçmiş baş məşqçisi Joze Mourinyoya 19,6 milyon funt-sterlinq təzminat da ödəyib.

Ehtimal olunur ki, bu mövsüm UEFA Çempionlar Liqasından kənarda qaldığı üçün, “Mançester Yunayted”in qazancı təxminən 560-580 milyon funt-sterlinqə düşəcək.

leave a reply