Tanınmış aktyor Kamil Musəvini ziyarət etdi — FOTO

Azərbaycanın tanınmış aktyoru Elçin Məmmədli Kamil Musəvinin ziyarətində olub.

 Aktyor bu barədə sosial şəbəkə hesabında məlumat verib:

“Azərbaycanın fəxri, mənim dəyər verdiyim balaca qardaşım, dostum kamil Musəvini ziyarət etməyə gəldik! Allah həmd olsun qardaşım yaxşıdır. Çox şükür”

Qeyd edək ki, 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirən Kamil Musəvi bu yaxınlarda növbəti dəfə əməliyyat olunub.

leave a reply