Motsart tortu

Motsart tortu

Lazım olanlar
Xəmir üçün

* yumurta ağı – 90 qram
* yumurta sarısı – 60 qram
* un – 60 qram
* kərə yağı – 60 qram
* şəkər tozu – 70 qram
* tünd şokolad – 60 qram
Şokoladlı krem üçün
* şəkər tozu – 50 qram
* vanil – 15 qram
* jelatin – 8 qram
* 33%-li qaymaq – 250 qram
* südlü şokolad – 60 qram
* şokoladlı qozlu krem(marketlərdə hazır satılan)- 80 qram

Krem üçün

* yumurta sarısı – 30 qram
* jelatin – 6 qram
* konyak – 10ml
* şəkər tozu – 230 qram
* malçipan – 30 qram
* 33%-lıi qaymaq – 140 ml
* süd – 100 ml
* krem – 30 qram
Hopdurmaq üçün
* moruq siropu – 50 ml
* konyak – 1 xörək qaşığı

Qlazur üçün

* jelatin – 10 qram
* su – 50 ml
* şəkər tozu – 100 qram
* bal – 100 qram
* 33%-li qaymaq – 65 ml
* tünd şokolad – 100 qram

Biskivit üçün lazım olan şokoladı və yağı əridib üzərinə şəkər tozu əlavə edilir.Qarışım soyuduqdan sonra yumurta sarısı,sonra isə yumurta ağı ilə çalınmış şəkər tozu əlavə edilir.Daha sonra un əlavə edilib xəmir hazırlanır.Xəmir 24 sm diametrdə olan kağız sərilmiş tavada 15 dəqiqə bişirilir.
Şokoladlı krem hazırlanır və soyumağa qoyulur
Sonra südə yumurta sarısı və şəkər tozu əlavə edilib krem hazırlanır.Krem buxar hamamında bişirilir və soyudulur.Jelatin suda əridilib kremə qatılır və çalınır.
Soyumuş krem biskvitin üstünə hopdurmaq üçün moruq siropu və konyak qarışımı çilənir.Sonra krem sürtülür və soyuducuya qoyulur.
Daha sonra şokoladlı krem soyuducudakı tortun üçüncü qatı olaraq biskivitin üzərinə sürtülür və yenidən soyuducuya qoyulur.
Sonda zəif odun üzərində qlazur hazırlanır və tortun üzəri şokoladla örtülür və soyuducuya qoyulur.
“Motsart” tortu soyuducuda bir gecə saxlanılır.

leave a reply