"Nəvə toyu"nda bu şəxslər də iştirak edib: yeni adlar - Video

Prezident Administrasiyasının eks-rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyundan üçüncü video artıq paylaşılıb.
Meydan TV tərəfindən yayılan videoda yeni simalar görünür. Meydan TV-nin təmsilçisi Həbib Müntəzir sözügedən toyda iştirak edənlərin növbəti siyahısını paylaşıb. Onun paylaşdığı siyahıda aşağıdakı şəxslərin adı yer alıb:
1. Nəsimi rayon icra başçısı Asif Əsgərov
2. DİN Baş Kadrlar İdarəsi rəisi, general-mayor Rafiq Abbasov
3. SOCAR-da sektor müdiri Anar Orucov
H.Müntəzirin daha öncə paylaşdığı toy iştirakçıları siyahısında aşağıdakı adlar yer almışdı:
Mustafayev Fərid Rövşən oğlu (Bəyin qardaşı, polis baş leytenantı)
Əliyev Bəxtiyar Həmzə oğlu (Ağdamdan deputat)
Əliyeva Kamilə Ramiz qızı (Akademikin qızı, BDU Sosial və pedaqoji psixologiya kafedrasının müdiri)
Əliyeva Səbinə Yaşar qızı (Azərbaycanın ombudsmanı)
Teymurzadə Aysel Məhəmməd qızı (Avroviziya iştirakçısı)
Mehdiyeva Nigar İsmayıl qızı (Akademikin gəlini, Bank “BTB” ASC-nin müşahidə şurasının üzvü)
Əliyev Fikrət Səftər oğlu (İlham Əliyevin qardaşı - sabiq MTN polkovniki)
Fəridə Əliyeva (Fikrət Əliyevin həyat yoldaşı)
Əliyev Orxan Fikrət oğlu (İlham Əliyev qardaşı oğlu, Ailə TV-nin rəhbəri)
Əliyev Səftər Fikrət oğlu (Deputat İlham Əliyevin qardaşı oğlu, "AQUA SAFE" və "E and S" şirkətlərinin sahibi)
Aqiyə Həbib qızı Naxçıvanlı (Deputat)
Gülçöhrə Məmmədova (Memarlıq və İnşaat Universitetinin rektoru).
Bu siyahıda adı çəkilənlərdən deputat Bəxtiyar Əliyev və Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova orda iştirak etməsi barədə yazılan xəbərləri təkzib ediblər.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png